azia.az
azia.az

Şirvanda sərxoş sürücü maşını ağaca çırpdı: 2 yaralı

23-07-2016, 06:42

Şirvanda sərxoş sürücü maşını ağaca çırpdı: 2 yaralı Şirvanda sərxoş sürücünün törətdiyi avtoqəzada 2 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 23.25 radələrində H.Əliyev prospektində qeydə alınıb. Şirvan şəhər sakini, 1994-cü il təvəllüdlü Mədətov Cavad Əli oğlu sərxoş vəziyyətdə idarə etdiyi “Lada Priora” markalı, 90 MP 432 dövlət nömrə nişanlı avtomobili yüksək sürətlə yol kənarındakı ağaca çırpıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin Şirvan sakini, 1999-cu il təvəllüdlü Hüseynov Orxan Yunis oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Hər iki şəxs avtomobildə sıxılmış vəziyyətdə olduğundan Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən xüsusi avadanlıqların köməyilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi