azia.az
azia.az

Goranboyda it 29 yaşlı gəncin görün harasını dişləd?i-Dəhşət yaşandı

18-09-2021, 08:38


Goranboy rayonunda it 29 yaşlı gəncin cinsiyyət üzvünü dişləyib.
Goranboyda it 29 yaşlı gəncin görün harasını dişləd?i-Dəhşət yaşandı
Azia.az APA TV-yə istinadla xəbər verir ki, hadisə rayonun Məşədiqaralar kəndində baş verib. Belə ki, sahibsiz it 1992 - ci il təvəllüdlü kənd sakini Qarayev Toğrul Qiyas oğlunun cinsiyyət orqanını dişləyiəyərək ona ciddi xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Zərərçəkənin yaxınlarının dediyinə görə, Toğrul Qarayev kəndin mərkəzindən evə gedərkən sahibsiz it ona hücum edib.

Kənd sakinləri bildirir ki, kənddə sahibsiz itlər xüsusilə axşam saatlarında çoxalır. Onların sözlərinə görə, itlər sakinlərin həyətindən toyuqları, qazları oğurlayır, böyükdən-kiçiyə hamıya hücum edirlər.

Sahibsiz itlərin kənddə yaratdığı vəziyyətlə bağlı Goranboy rayon icra hakimiyyətinin Boluslu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şəmsi Ziyadov bildirib ki, məsələdən xəbərdardırlar və həlli istiqamətində addımlar atılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi