azia.az
azia.az

Güclü külək Leriki işıqsız qoydu

5-05-2016, 11:25

 Güclü külək Leriki işıqsız qoydu Lerikdə gecə saatlarında əsən güclü külək bəzi kəndləri işıqsız qoyub. Külək nəticəsində rayonun elektrik təhcizatında fasilə yaranıb. Rayon Elektirik şəbəkəsinin baş mühəndisi Əlican Şahbazov bildirib ki, küləyin elektrik təsərrüfatına ziyan verməməsi üçün elektrik xətlərində məcburi açılmalar aparılıb.
Bu gün səhər saatlarından başlayaraq kəndlərə elektrik enerjisinin verilişi bərpa edilir. Külək elektrik təsərrüfatına, dirəklərə, evlərə və digər obyektlərə ziyan vurmayıb.
Aprelin 17-də isə Lerik rayonuna son on illiyin ən güclü yağıntısı düşüb. Üç saata qədər davam edən intensiv yağış dağ çaylarının məcradan çıxmasına və güclü daşqınlara səbəb olub. Ani gələn sel suları əkin sahələrini məhv edib, xeyli sayda xırda və iri buynuzlu mal qaranı, ev quşlarını aparıb.
Seldən ən çox rayonun yuxarı dağlıq ərazilərində yaşayan sakinlər ziyan çəkib. Leriklilər son 10 illikdə belə güclü sellə üzləşmədiklərini deyirlər.
Lerik rayonu Vizəzəmin ərazi vahidliyinə daxil olan Təbrizli kəndini rayon mərkəzi ilə birləşdirən dəmir konstruksiyalı avtomobil körpüsünü sel suları yuyub apardığından bu istiqamətdəki kəndlərin rayon mərkəzi və Lənkəran-Lerik yolu ilə əlaqəsi kəsilib.
Rayonun yuxarı dağ kəndlərində onlarla piyada və avtomobil körpüsü sel sularına davam gətirməyərək dağılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi