azia.az
azia.az

Sevdikləri şəxslərin qurbanına çevrilən məşhurlar – SİYAHI

27-09-2017, 15:41

Ötən gündən etibarən Türkiyənin məşhur aktyoru Vatan Şaşmazın sevgilisi tərəfindən öldürülməsi hər iki ölkə mətbuatının diqqət mərkəzindədir. Belə ki, V.Şaşmaz keçmiş sevgilisi, model Filiz Aker tərəfindən otel otağında güllələnib.

V.Şaşmaz sevgilisi tərəfindən öldürülən ilk məşhur deyil. Türkiyənin məşhur aktyoru Mümtaz Sevinç də 2006-cı ildə öldürülüb. Son olaraq “Sihirli annem” serialında rol alana aktyor evində ayrılmaq istədiyi sevgilisi tərəfindən öldürülüb.

Türk kinosunun əsas oyunçusu olaraq tanınan Feri Cansel sevgilisi Melih Ük tərəfindən üç dəfə vurularaq öldürülüb.

Məşhur playboy gözəli Dorothy Stratten həyat yoldaşı tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.

Məşhur idmançı Oscar Pistorius sevgilisini evə girən oğru olduğunu düşündüyü üçün qətlə yetirib.

Aktrisa Dominique Dunne keçmiş sevgilisi tərəfindən boğulub.

Məşhur aktrisa Marie Trintignantı da sevgilisi öldürüb.

Məşhur rus model Yuliya Loşagina 28 yaşındakı fotoqraf həyat yoldaşı tərəfindən öldürüldü.

Idmançı Dilara Elysse Özen də sevgilisinin qurbanına çevrilib. Onun meyiti evinin hamamında tapılıb.

Rəqqasə və aktrisa Stefani Moseley əri tərəfindən qətlə yetirilib.

Çinli aktrisa Bai Jingi qısqanc əri bıçaqlayıb.

Hindli aktrisa Disha Ganguly sevgilisi tərəfindən evinin tavanına asılaraq öldürülüb.

Məşhur ərəb pop müğənnisi Zekra sərxoş həyat yoldaşı tərəfindən öldürülüb.

İtalyan moda dizayner Gianni Versace evinə gedərkən keçmiş sevgilisi tərəfindən vurularaq öldürülüb.

Məşhur TRT sənətçisi Xədicə Kaçmaz da sevgilisnin qurbanına çevrilib.

Slovakiyalı model Mariya Kukuçovanı milyonçu sevgilisi Endryu Buşu qətlə yetirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi