azia.az
azia.az

Bakıdakı “Şəhidlər” məscidində dini icma olmayacaq – Qərar

20-06-2016, 02:23

Bakıdakı “Şəhidlər” məscidində dini icma olmayacaq – Qərar Bakıdakı “Şəhidlər” məscidi Heydər məscidi kimi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən idarə olunacaq, orada dini icma yaradılmayacaq.

Gün.Az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Məsciddə təmir işlərinin davam etdirilməsinə ehtiyac olduğunu deyən M. Qurbanlı qeyd edib ki, məscid protokol üçün açıqdır və ora gələn qonaqlar protokol qaydasında dini ayinləri icra etmək imkanına malikdirlər:

“Məsciddə hər hansı dini icma yaratmağa ehtiyac yoxdur. “Şəhidlər” məscidi bütövlükdə protokol xarakterli dini ayinlərin icrası üçün istifadə olunur və belə də davam edəcək. Burada müvafiq olaraq dini ayinləri icra etmək üçün Qafqaz Müsəlmanları İdarəsi tərəfindən axund və imam təyinatları üçün nümayəndələr irəli sürülüb”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi