azia.az
azia.az

Borclardan qurtulmağın yolu nə?

Dünən, 23:37

Məncə yolu yoxdur...
Əvvəla ömürboyu Allaha borcluyuq: dualarımızla, xoş əməllərimizlə,   düzgünlüyümüz, əziyyətlərə dözümlülüyümüzlə...
Analara, atalara, bizə yaxşılıq edən hər kəsə...
Dünyanın şərafətinə onu qorumağımızla.
Maddi borcların da sayı-hesabı yoxdur.
Yaxşıların da, pislərin də....
Yaxşı hesab etdiyimizin pis cəhəti var, pis hesab etdiyimizin yaxşı cəhətləri.
Qanunsuz addım atıb cəzalanmaq üçün pul verilir. İmkanına güvənib borc alanlar sonra o imkandan məhrum ola bilər. Dünya malından gözü doymayanların da borcları saysız-hesabsızdır.
Dünya ölkələrinin borcuna gəlgikgə bu da saysızdır. Borcu olmayan ölkə tapmaq da çətindir.
Dünya imtahanından borcsuz çıxmağın olacaqmı?
Kimisə acılamaq belə günahları ödəmək borcu yaradır.
Bu borclardan qurtulmağın yeganə yolu ideal insan olmaqdır.
İdeal insan kim? Bu suala cavab vermək də çətindir. Hər kəsin fərqli fikri var.
Mənim fikirlərim: ilk növbədə səmimi, təmiz, tox qəlbli doğulma. Dünya malına sahib olmağı deyil, ondan qıraqdan belə zövq almağı bacarmaq. Ehtiyacların sərhədinin düzgün tapılması, gözü toxluq, paxıllıqdan uzaq olmaq. Dünya sərvətinin deyil, qəlbimizin sərvətinə yiyələnmək.
Kiçik bir varlığın möhtəşəm büsatını qurmaq bacarığına hər kəs nail olmasa da, heç olmasa ağıldan, səbrdən, yaradıcılıqdan, işgüzarlıqdan, ali insanlıq duyğularından məhrum olmasın.
Bir kəlmə xoş söz belə insanlıq dayağıdır.
Ömür boyu nə isə öyrənməliyik. Buna tam nail olmağa ömür bəs etməsə də, heç olmasa öyrəndiklərimizin həyati anlama və yaşama müsbət təsiri olsun.
Ömrümüzlə aparacağımız bu təsirin təsviri olacaq...

Sənubər Səhər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi