azia.az
azia.az

Arzularla realığın sintezi...-Geriyə yox, irəli baxaq...

Bu gün, 13:57

 Təranə Şəms 

Azərbaycan dünyada o dövlətdir ki, insanların maddi rifah baxımından heç bir problemi yoxdur( belə demək mümkünsə) Azərbaycanda insanlar yaşamaq üçün heç bir mücadilə etmirlər. Belə ki, Prezident xalqın güzəranını nəzərə alaraq, ilbəil  məvacib, pensiya, müavinət pullarını  artırır. Artım söhbəti meydana çıxan kimi elə bil pusquda dayanmışların fəaliyyəti aktivləşir. Marketdə məhsulların qiyməti yüksək sürət alaraq, məvacib, pensiya vətəndaşın cibinə girməmiş bazarlarda, marketlərdə hər gün qiymətlər yüksəlir. İş məqama yetişəndə isə olur " aldım qoz, satdım qoz" yəni artımın heç bir mənası olmur. Vətəndaşın bütün arzu və istəkləri gözündə qalır. O qədər üzüyola millətimiz var ki, heç səslərini çıxarmaq fikrinə düşmürlər. Sanki insanlar qış yuxsuna gediblər. Azərbaycanın torpağı, nefti, qazı olmaqla yanaşı torpağı bollu- bərəkətli olsa da,  onun havası, suyu da belə düşünürəm ki, çox doyumludur. Məmləkətin insanları hava ilə nəfəs aldıqca qarınlarını tox və özlərini gümrah hiss edirlər. Bu baxımdan qiymətlərin aşağı- yuxarı olması milləti sarsıtmır. Allah bizim milləti gözütox yaratdığına görə şükürlər olsun. Bizim məmləkətdə  insanlar arasında bir deviz də var: " Aclıq olsun kef olsun". Bu üzdən tv- lər səhərdən axşama kimi insanları əyləndirməklə məşğuldurlar. Azərbaycan o qədər müstəqil, səbəst insanlara malik olan ölkədir. Elə proqramlar var ki, bəzi kişilərin arvadları, qızları sevdiyi oğlana, qadınlar isə ailəsinə başqasıyla  xəyanət edərək, həmin şəxsə qoşularaq, evdən qaçanda üz tuturlar həmin şou proqramlara. Proqram vasitəsi ilə arvadına, qızına  milyonların önündə müraciət edərək, onu yenidən qəbul edib bağışladığını bildirir və dil töküb yalvarır ki, evinə dönsün. Bəli bizlər, çox hümanist millətik. Bu yalvarışı bəzi qadınların ərləri də edir, bəzi qızların valideynləri də...
 Siz deyin: belə müstəqilliyi, belə mənəvi sərbəstliyi niyə bəyənməsinlər ki?!... Hətta Azərbaycanda öz canından bezən daha qadağan edilmiş "evtanaziya" əməliyyatı keçirmək  üçün dünya səhiyyə təşkilatlarına müraciət etmirlər. Xəlvətə çəkilərək günün birində eşidirik ki, hansısa canından bezən biri  mal tövləsindən asılmış vəziyyətdə tapılır. Bu baxımdan istər yaşlı, istər cavan hansınınsa dırnaqarası şıltaqlığı tutdu, ya özünü binanın sonuncu qatından atacaq yerə, yada özünü yandıracaq...

Necə ki, bizim Vətən fədailərimiz kimi...

Məgər bu illər ərzində qazilərimiz özünü azmı yandırıb? Amma onlar şıltaqlıqdan yox, dəyərsiz vəziyyətə gətirildikləri üçün bu yola əl atıblar. Çünki vətən müharibəsində Şəhid olan çox oldu, qalan qazilər isə hərəsi bir yerindən şikəst qaldılar ki, sən, mən, onlar azad və müstəqil yaşasınlar. Canları bahasına Qarabağı erməni murdarlarından azad etdilər.
 Hə, doğrudan da yazdığım məqalədə söhbət sərbəst fikir və düşüncədən gedir. Bütün bu olaylara görə  qaşın üstə gözün var deyən də yoxdur. Maraqlısı budur ki, düşdükləri durumu, əziyyət çəkdiklərini insanlar dilə də gətirmirlər. Elə bil hallarından çoxda məmnundurlar. Dövrümüzdə bəzi insanlar müstəqilliyi ruhun azadlığı kimi dəyərləndirir.  Belə halların şahidinə çevrilən biri kimi deyirsən: Axı insanlar nədən korluq çəkir ki?!.. Adamın Allahı var, əslində marketlərdə olmayan meyvə, tərəvəz, ərzaq çeşidləri vitrinlərdə göz çıxarır... 

Axı nəyin korluğunu çəkməlidirlər ki?!.. Hər bir çeşid biri, birindən gözəl və kefiyyətli. Məncə, almasalar da kənardan baxmaq, yeməkdən daha məqsədə uyğundur. Söhbət qiymət artımına gəldikdə, gəlin heç danışmayaq. Onu deyim ki, qiymətlərin qalxmağı insanların kefini heç pozmur. Sanki düşünərək, qəbul edirlər ki, belə də olmalıdır. Axı biz varlı ölkəyik. Necə biz " tox evin ac küçükləri olaq"? Həqiqətən, dövlət maddi baxımdan xalqın gözünü o qədər tox edib ki, düşünürlər ki, o ağızdadı məhsulları yeməsək də olar. Təki sakitçilik, müstəqillik olsun və firavan yaşamalarına davam etsinlər. Bir məsələnidə qeyd edim ki, Səhiyyə də  millətin qeydinə heç də pis qalmır. Apteklər "kefiyyətli " dərman pereparatları ilə zəngindir. Hətta dövlət xəstəxanaları sığortayla işlədiyi üçün yəni sağlamlıq baxımından insanlar heç bir əziyyət çəkmirlər. Amma qəbula düşmək üçün  günlərlə növbə gözləməsələr... Baxmayaraq ki, bəzi savadsız cərrahlar insanın hər hansı bir üzvünün ambutasiyası zamanı sağ ayağı sol tərəfə calayırlar. ( maləsəf bununda şahidi olmuşuq) Xəstə isə bunada şükür deyib ötüşür. Heynək:( hər gözəlin bir eybi var) Bəlkə də gözləri yaxşı görmürmüş...Azərbaycan bir məsələdə azad fikirlidir. Məsələn: Azərbaycanın savadlı insanları  istədiyi ölkəni seçib başqa dovlətdə yaşamaq üçün heç bir tərəddüt və maneə ilə qarşılaşmırlar. Bu üzdəndir ki, Azərbaycandan xarici dövlətlərə savadlı insanların axını hədsiz çoxdur. Zənnimcə çox nümunələr gətirmək olar. Məsələ Milli Məclisdə səsimizi oğurlayıb  deputat seçilən namizədlərə gəldikdə isə işlərin yönü tamamilə başqadır...Azərbaycanda mükəmməl idarəetmə sistemi olduğundan, Milli Məclisdə deputatlar bir problemlə üzləşmirlər ki, onu səsə qoyub müzakirə etsinlər. Qeyd edim ki, yeni qurulan ailələrin evlə təminatı yoxdur. Baxmayaraq ki, Bakıda sayı bilinməyəcək dərəcədə olan göydələnlər kimin ixtiyarındadır, o da sual altındadır. Bu üzdən ailə quranların sayı da azalıb. İllərdir uşaqpulu məsələsi gündəmdədir. Biz o uşaqların qaydına qala bilmiriksə, niyə deyirik " uşaqlar bizim gələcəyimizdir" Əlbəttə həmin uşaqlardır bizim gələcəyimiz. Yeni- yeni ailələr qurulub sosial və maddi baxımdan təmin olunmasa gələcəkdə " bizi, bizdən və düşməndən "kim qoriyacaq? Vətənin keşiyində kim dayanacaq?...Ailələr qurulmursa genofondumuz tükənə bilər. Niyə bunu  " satın alınmış" deputatlar anlamır?...İllərdir Anaların uşaqpulu məsələsini önə çəkib müzakirə edib bir qəti qərar qəbul etmirlər. İnsafda dinin yarısı deyilmi?! Nə olsun ki,  analar göztoxluğundan öz abırlarına sığınaraq,  səslərini çıxarmırlar. Bu millətin vəkilləri özlərinə bu gərəkli sualı niyə vermirlər ki, bizlər bu dəbdəbəli kresloları niyə zəbt edirik və dövlətdən yüksək miqdarda məvacib alırıq... Hələ utanmadan şikayətdə edirlər ki, dolana bilmirik. Bilmirəm gülüm, yoxsa ağlayım...Aralarında biri yoxdur ki, bu məsələni gündəmə gətirib "uşaqpulu" məsələsini həll etməliyik deyərək, önə çıxarsın.
 Ən azı gənclər yetişəndə vətənim var, dövlətim var desinlər və dövlət bizim böyüməyimiz üçün əlindən gələni edib.Nə olsun ki, analar övladlarını havayla qidalandırıb yemək normativini ödədiyi  üçün səslərini çıxarmırlar...( insafda yaxşı şeydi ay  millət vəkilləri) Sizlər hətta Prezident tribunadan çıxış edən zaman bir çoxunuz  gecə yuxsuna həsrət qalan kimi mürgüləyincə lazımı məsələləri müzakirə edərək bir nəticəyə gələsiz ki, sizin satın aldığınız səslər halalınız olsun. Prezident də üzüyola insan olduğundan sizin belə nəzkətsiz hərəkətinizə  heç fikir bildirmədi. ( amma belə də olmaz axı) Prezident dövlətin atributu sayılır. Dövlətin atributlarına həmişə hörmətlə yanaşmaq lazımdır. Bu yaşa çatıb bu vaxta qədər öyrənməmisiniz???

 Gələk məktəblərdə uşaqların təlim- tərbiyəsinə. Hələki verilən təhsilin kefiyyətindən söz etmirəm. Məktəbdə heç bir müəllimin ixtiyarı yoxdur ki, şagirdlərə söz desin. Sosial şəbəkələrdə günlərlə müzakirə gedər ki, hansısa məktəbin müəllimi bir şagirdi nadincliyinə görə tənbeh etdi. Psixoloqlar öz dınaqarası biliklərini işə salaraq, valideynləri başa salmağa çalışırlar  ki, " sizlər çox düz edirsiniz". Görürsüz necə gözəl cəmiyyətdə yaşayırıq. Azərbaycanda insan haqqlarına o dərəcədə önəm verilir ki, təcridxanalarda məhbuslar çox az saydadır. Bu baxımdan ölkə prezidenti Azərbaycanı Avropa birliyinə üzv etmək arzusundadır. O dövlət Avropa birliyinə üzv ola bilər ki, gərək həmin dövlətdə "demokratiyə yüksək səviyyədə inkişaf etsin. Maləsəf ki, Avropa Azərbaycanda gedən demokratiyanı bəyənmir və deyir ki, dünya standartlarına iyğun deyil. Beləki ölkə başçısından çox vacib olan insan haqqlarının qorunması ilə əlaqli  standartlara uyğun hesabat istəyir. Bu baxımdan Avropa birliyinə üzv ola bilmirik. Yazdıqlarım yuxu deyil. Məncə arzularla reallığın sintezidir. Çox belə misallar gətirmək olar. Anlayan olsa bu gün sosial şəbəkələr gənclərin düşməninə çevrilib. Azərbaycan mentaliteti çökmək üzrədir.  Bu üzdən bəzi qadınların səsi, sorağı Dubaydan və digər xarici dövləylərdən gəlir. Azərbaycandan kənarda qadınlarımıza aşağılayıcı nəzərlə baxırlar. Hətta dost və qardaşımız sayılan Türkiyədə bizim qadınları sevmirlər. Heç ərəbləri məsələyə qatmaq istəmirdim, amma məcburam. Görün işin hansı tərəfidir ki, turist kimi gələn ərəblərlər bizim qız və gəlinlərimizə öz torpağımızda göz açmağa imkan vermirlər. Bəs bu dərdi hara və kimə söyləyək? Baxmayaraq ki, öz ölkələrində pozulmuş mentaliteti düzəltmək üçün heç bir tədbir  görmürlər. Əziz qardaş və bacılar ümidəm ki, " yeməkdən ümid yaxşıdır" məsəlini əsas götürərək arxaya yox, önə baxmaq istərdim. İnanıram ki, belə vəziyyət çox çəkməz...Yəqinki yaxın vaxtlarda əsaslı tədbirlər görüləcək. Arxadan gələn nəsil belə yaşamalı deyil!...

Onu da qeyd edim ki, ən tükürpədici haldır ki,  bu gün Avropa Azərbaycanla müqayisədə özünə çox təəccüblə baxır...Nə qədər yolun başıdır geri dönmək mümkündür...


 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi