Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da bu birliyin amallarına sadiq qalacaqdır
Dosent Araz Fərəcov - ADPU-nun riyaziyyat fakültəsinin dekanı
Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi rolunu və xidmətini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirmiş, dünya azərbaycanlılarının və türk dövlətlərinin həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.
Artıq son illər ərzində türkdilli dövlətlərin başçıları arasında təmasların yeni formatda davam etdiyini müşahidə edirik. Təmasların mütəmadi xarakter almasında Ümummilli Liderinsiyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti danılmazdır. Çünki Ölkə Prezidenti cənab İlham Əliyev xarici siyasətdə türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini prioritet məsələlərdən biri hesab edir. Dövlət başçısı bu ölkələrlə iqtisadi, siyasi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir.
Bu baxımdan Ölkə başçısı cənab İlham Əliyevin sentyabrın 14-də Tacikistana səfəri, Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı Azərbaycan-Tackistan əlaqələrinin bugünkü inkişaf səviyyəsinin, həmçinin liderlərin şəxsi münasibətlərinin ölkələrimiz arasında əməkdaşlığın yeni istiqamətlər üzrə daha da möhkəmlnməsində rolunun aydın mənzərəsini yaradır.
Ölkə başçısı sözügedən tədbirdəki çıxışındaəlaqələrin daha da möhkəmlənməsi üçün hədəflərdən bəhsedərək bildirmişdir: “Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk”.
Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir.
Mərkəzi Asiya dövlətləri də Azərbaycanla əməkdaşlıqda maraqlıdır və bu özünün aydın ifadəsini qarşılıqlı səfərlərdə tapır.5-ci Məşvərət görüşü çərçivəsində çıxışı zamanı son iki ildə Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etdiyini bildirən Ölkə Prezidenti cənab İlham Əliyev bu müddət ərzində bütün qardaş dövlətlərin başçılarının Azərbaycana dəfələrlə səfərlər etdiyini vəilin sonuna qədər qarşılıqlı səfərlərin fəal dinamikasının davam etdiriləciyini vurğulamışdır: “Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir. Biz Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni edirik. Biz Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındayıq, Tacikistanla çox fəal siyasi və iqtisadi dialoqumuz var. Bu, bir növ bu günün reallığıdır. Əlbəttə, bunu daha da fəallaşdırmaq vacibdir. Son iki ildə mənim Mərkəzi Asiyadan olan tərəfdaşlarla qarşılıqlı əlaqələrim və qarşılıqlı səfərlər misli görünməmiş dərəcədə yüksəkdir”.
Göründüyü kimi, Azərbaycan Türk Dövlətləri Təşkilatı, eləcə də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı tərəflərin hamısının maraq və mənafelərinin qorunması şərti ilə genişləndirmək üçün lazım olan bütün addımları atır. Dövlət başçısınınvurğuladığı kimi, Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da bu birliyin amallarına sadiq qalacaqdır.