azia.az
azia.az

Atası İsfəndiyarı “Şeytana yaxın övlad” adlandırmışdı — Mirşahindən skandal açıqlama

13-08-2021, 19:12

Mirşahin Ağayev
Atası İsfəndiyarı “Şeytana yaxın övlad” adlandırmışdı — Mirşahindən skandal açıqlama

İsfəndiyar Vahabzadənin çıxışlarını müxtəlif vaxtlarda izləmişəm. Dayaz və məsuliyyətsiz, qaragüruh zövqündə birisidir. Uzun müddətdir ki, Azərbaycanda və Azərbaycana yayımlanan “metrikasız” internet “telekanallar”ının bəsit zövqlü, primitiv düşüncəli izləyicilərini əyləndirməklə məşğuldur. Nə diplomatıığı, nə professorluğu, nə ziyalılığı, nə də övladlığı (rəhmətlik atası mənə tarixi müsahibəsində məhz İsfəndiyarı “Şeytana yaxın övladı” adlandırmışdı) o səviyyədədir.

Onun Jirinovskini və ya bir başqasını təhqir etməsi isə təəccüblü deyil. Çünki bu adam başqa cür bacarmır. Ya təhqir edir, ya da provokasiya! Çıxış etdiyi bütün “kanallarda” ancaq qaragüruhun rəğbətinə stavka edib, populist bir boşboğazlıqla məşğul olub! Buna “ağıllı-ağıllı” sual verən aparıcıqlar, aparıcığazlar da qarşılarındakı bu “müdrik” insandan “qiymətli” rəylər, şərhlər alıblar. O, Azərbaycanın Qarabağ uğrunda apardığı 44 günlük Vətən müharibəsində də antivətən mövqe paylaşıb. Daha doğrusu: Osmanqızıvari kanallarda dövlətin siyasətini gözdən salmağa çalışıb, öz düşük mülahizələriylə düşmənin strateji istiqaməti ilə üst-üstə düşən fikirlər yayıb. İşdən kənarlaşdırılmasının qisasçılığı, hikkəsi ilə dövlətə kin nümayiş etdirib.

Yəni İsfəndiyar Vahabzadə öz ampluasında olub. Bu dəfə də istisna olmadı. Ona görə də mən məsələyə bir az başqa bucaqdan baxıram: Belə məsuliyyətsiz çənə gimnastlarını efirə buraxan platformaların daşımalı olduğu məsuliyyət prizmasından. Kimin kanalında danışıb bu məsuliyyət çatışmazlığından əziyyət çəkən “zorən diplomat?” Bu adama görə məsuliyyəti hansı kanal daşımalıdır? Nə vaxta qədər həvəskar teletribunların belə təşəbbüskar “aqillərə” yaratdığı şəraitin ağrısını bizim başımız çəkəcək? Nə vaxta qədər virtual məkan “minalanmış sahə” kimi ölkəmizə, xalqa təhlükə saçacaq? Bu müstəvidə - SOSİAL ŞƏBƏKƏLƏRDƏ - qayda yaratmağa nə vaxt başlayacağıq?




Məni düzgün başa düşün! Sosial media, intermet TV-lər ölkədə məsuliyyət böhranı yaradır!

“Jirinovski məsələsi” deyil problem! Başıpozuq, qaydasız, başsız efir məsələsidi! Yayım maşınlarının sükanı arxasında oturan məsuliyyətdənkənar qeyri-peşəkarlar məsələsidi! İsfəndiyar Vahabzadənin çıxışlarında özünəməxsus təxribat elementləri həmişə olub. O, təkcə bu dəfə, təkcə Rusiya və ruslarla bağlı həddini aşmayıb ki! Keçmiş səfir buna qədər Azərbaycanın dövlət kursunu zərbə altına alan fikirlər də söyləmişdi. Sosial şəbəkələtdə hüquq-mühafizə orqanları ciddi təhqiqat aparsaydı, o və onun kimilər uzaq olduqları məsuliyyətə çoxdan cəlb edilərdi!

Təkrar edirəm: mən İsfəndiyar Vahabzadənin son çıxışını, fikirlərinin uzaq gedən sədasını, yaratdığı rezonansı bir kənara qoyuram. Əsas məsələ belə məsuliyyətsiz insanlara şans verən internet TV kanallarıdır. Bu tribunaların daşıdığı məsuliyyət hansısa sabiq səfirin məsuliyyətindən daha çoxdur! Söhbət bir avantüristin Gerasimi Mumuyla səhv salan təfəkküründən yox, Azərbaycanın informasiya təhlükəsizliyindən gedir! Biz hara baxırıq? Nədən danışırıq?

Dostlar, Jirinovski də, Vahabzadə də təfərrüatdı! Başlıcası yayıma görə məsuliyyətdi! Qaçaqmal tv-ləri öz dayaz beyinləri, qeyri-peşəkarlıqları, əsassız iddiaları ilə ölkədə vəziyyətin gərginləşməsinə çalışırlar! Özü də mənə söz azadlığı, düşüncə azadlığı kimi mövzularda vəz oxumağa cürət etməsin heç kim. Bilirsiniz də sonda nə olur?! Günlərin bir günü söz azadlığının atası, məsələn, növbəti Bayden çıxır ortaya və deyir: “Öz ölkənizi özünüz qoruyun! Biz getdik!”

... “Vahabzadə böhranı” Rusiya-Azərbaycan böhranı deyil! Məsuliyyət böhranıdı! Ağız sərhədini qoruya bilməyənlərin məsuliyyət böhranı!

... Jirinzadə və ya Vahabovski isə bu böhranın adicə fəsadıdır!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi