azia.az
azia.az

Arda Turandan Azərbaycana növbəti dəstək

22-04-2016, 10:22

 Arda Turandan Azərbaycana növbəti dəstək Türkiyə millisinin və "Barselona"nın ulduz futbolçusu Arda Turan Azərbaycanın Dağlıq Qarabağ üçün başladığı kampaniyaya dəstək verilməsini istəyib. Arda bu barədə "Twitter" hesabında yazıb.
"Türkiyə qardaşı üçün çalışır. Bir imza ilə Azərbaycana dəstək olmağa davam edirik", - deyə türk ulduz şəxsi hesabında paylaşım edib.
Bu hərəkətinə görə, futbolçunun çox saylı fanatları ona təşəkkür mesajları yollayıb. Arda Turan analoji addımı aprelin 9-da da atmışdı. “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinə yarımmüdafiəçi də qoşulub.  Arda Turandan Azərbaycana növbəti dəstək “Qardaşımız Azərbaycanın Dağlıq Qarabağ üçün başlatdığı kampaniyanı mən də imzaladım” deyə futbolçu rəsmi “tvitter” səhifəsində qeyd edib. Barak Obama administrasiyasın internet resursunda Azərbaycan tərəfi petisiya ilə müraciət açıb. Müraciətdə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır.
Qaydalara əsasən, petisiyaya cavab verilməsi üçün 1 ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır. Türkiyənin ““Qalatasaray” ” klubu da sözügedən kampaniyaya qoşulduğunu rəsmən elan edib. Türkiyənin digər hegemon klubu “Fənərbaxça” kimi “aslanlar”da Ağ Ev administrasiyasının internet resursunda Azərbaycanı dəstəkləyən petisiyaya qoşulublar.
“Qalatasaray ailəsi, qardaşımız Azərbaycanın yanındadır! Dəstək kampaniyasına bir imza da biz atdıq. Can Azərbaycan” klubun rəsmi səhifəsində belə yazılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi