azia.az
azia.az

“Drakon” ləqəbli aktyor Rza Rzayev danışdı: “Cinayət işinin açılmasından...”

18-02-2019, 21:30

“Drakon” ləqəbli aktyor Rza Rzayev danışdı: “Cinayət işinin açılmasından...”
Məktəb direktoru ilə dalaşaraq, gündəmə gələn, “Drakon” ləqəbli aktyor Rza Rzayev barəsində cinayət işinin açılmasından danışıb.

Musavat.com saytına açıqlama verən aktyor yayılan xəbərlərdən məlumatsız olduğunu bildirib: “İlk dəfə sizdən eşidirəm. Mənə istintaq materialları təqdim olunmayıb. Bu haqda danışmaq istəmirəm. Bu xəbəri yayan da istintaq materialını yayıb, qanunsuz addım atıb. Onunla bağlı vəsatət qaldıracağam, görüm, bu məlumatları kim yayıb”.

Qeyd edək ki, Musavat.com-un əldə etdiyi məlumata görə, Rza Rzayevə Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan araşdırmadan sonra Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxsin əməli sübuta yetirilərsə, onu üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Cinayət işi baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

Xatırladaq ki, aktyor Rza Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında uzun müddətdir, davam edən qalmaqal sonradan əlbəyaxa dava ilə nəticələnmişdi.

R.Rzayevin direktoru döyməsinə dair məlumatlar və görüntülər sosial şəbəkələrdə yayılmışdı.

Könül,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi