azia.az
azia.az

ATU-nun Tədris Cərrahiyyə Klinikası yuyucu vasitələrin tədarükü üçün müqavilə imzalayıb

7-04-2026, 08:12

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası sanitariya-gigiyena standartlarının qorunması məqsədilə müxtəlif növ yuyucu vasitələrin satınalınması üzrə keçirdiyi tender prosedurunu yekunlaşdıraraq "AZCHEMISTRY-SERVICE" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2901506921) ilə razılığa gəlib.

32gun.az xəbər verir ki, Ümumi dəyəri 4.012 AZN təşkil edən müqavilə bağlanıb.

Satınalma çərçivəsində klinika üçün xüsusi texniki göstəricilərə malik 1000 kq qan sökücü və xlorsuz avtomat yuyucu toz, 150 kq uşaq geyimləri üçün nəzərdə tutulmuş yuyucu toz və soyuq suda həll oluna bilən, aktiv oksigen tərkibli 1000 kq ağardıcının tədarükü həyata keçiriləcək.

Ayaz


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi