azia.az
azia.az

Lisey direktoru Baş Nazirə qarşı

5-09-2020, 11:23


Lisey direktoru Baş Nazirə qarşı
 Lisey direktoru Baş Nazirə qarşı
Xətai rayonunda fəaliyyət göstərən Humanitar Fənlər təmayüllü məktəb-liseylə bağlı aktualxeber.az-ın redaksiyasına məlumatlar daxil olub. Bildirilir ki, liseydə şagird qəbulu və sinifdən-sinfə keçirilməsi həmişə olduğu kimi bu il də şəffaf deyil. Belə ki, birinci sinifə qəbul olunmaq üçün keçirilən müsabiqələrin nəticələri formal xarakter daşıyır. Burada liseyin direktoru Nəzakət Əsgərovun maraqları əsas rol oynayır. Karantin müddətində dərslərin keçirilmədiyini, Baş Nazirin əmrlərini və Operativ Qərargah tərəfindən verilən göstərişləri nəzərə almayan lisey direktoru şagirdlərə keçmədikləri dərsdən özünə sərf edən qiymətlər yazdırıb. Bundan sonra onun tapşırığı ilə sinif rəhbərləri və müavinləri valideynlərlə “bazarlıq etməyə” başlayıblar. Onların şərtlərinə razılaşmayanları isə sinifdə qalmaqla və ya başqa məktəbə keçirməklə qorxudublar.
Təhsil Nazirliyi tərəfindən pilot məktəb elan olunan Humanitar Fənlər təmayüllü məktəb-liseydə tədrisin keyfiyyəti ilə bağlı da daim narazılıqlar olub. Liseydə tədrisin keyfiyyətinin çox zəif olduğundan ali məktəbə daxil olmaq istəyən şagirdlər repititor yanına getməyə məcbur qalır. Liseydəki mövcud vəziyyət valideynləri qane etməsə də direktor Nəzakət Əsgərova onlara başqa çıxış yolu da qoymur. Liseydə ənənəvi məktəblərdəki neqatıv hallardan artıq çatışmazlıqlar müşahidə olunur.
Lisey-məktəbdə direktor tərəfindən yaradılmış vəziyyət Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevi də qane etmir. RİH-də təhsillə bağlı keçirilən iclaslarda hələ o zamankı icra başçısı Razim Məmmədov çıxışlarının birində açıq-aşkar liseydəki durumdan və Nəzakət Əsgərovanın fəaliyyətindən narazı qaldığını bildirmişdi. Görünür N.Əsgərova Təhsil Nazirliyində kimlərsə tərəfindən himayə olunduğundan liseydəki neqativ hallarla bağlı heç bir tədbir görülmur.
Humanitar Fənlər təmayüllü məktəb-liseylə bağlı redaksiyamıza daxil olan yeni məlumatlara görə direktor bütün qaranlıq işlərini Kifayət adlı müavini vasitəsilə həyata keçirir. Onların liseydə hansı maxinasiyalara imza atdıqları barədə növbəti yazımızda söhbət açacağıq. Ümidvarıq ki, yeni təyin olunmuş təhsil naziri Emin Əmirullayev Nəzakət Əsgərova kimi korrupsioner direktorlarla heç vaxt işləməyəcəkdir.
Qarşı tərəfi də dinləməyə hazırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi