MƏŞHURUN qayınatası ona bunu icazə verməyib -DƏHŞƏT(VİDEO)
317 gün bərabrdir bir ömür. Yox, bu aksiom deyil, heç teorem də deyil. O, həyat yoldaşı ilə cəmi 317 gün birgə yaşayıb. Ondan sonrası isə... Bu adam Gülüstan Əliyevadı...
Gülüstan Həsən qızı Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. Yevlaxda orta məktəbdə oxuyanda atası onu, bacılarını musiqiyə cəlb eləyir. O, "Pionerlər evi"ndə musiqi təhsili alır. 1981-ci ildə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsində üç turun üçündən də əla qiymət alıb müsabiqənin qalibi olan Gülüstan 1982-ci ildə Yevlaxdan Bakıya-Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə təhsil almağa göndərilib. İslam Rzayevdən muğamın dərsi alıb. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirib. Elə həmin il Dövlət Konservatoriyasında açılan muğam sinfinin ilk tələbəsi və ilk məzunu olub.
1990-cı ildə konservatoriyanı fərqlənmə ilə bitirib. 1995-1996-cı illərdə Muğam Teatrında solist işləyib. Müğənninin ilk debüt mahnısı “Sona bülbüllər” olub. Xanəndənin ən böyük arzusu Akademik Opera və Balet teatrının afişalarında öz adını görmək olub.
1997-ci ildə onun bu arzusu gerçəkləşir. O, Akademik Opera və Balet teatrının solisti kimi fəaliyyətə başlayır. İlk dəfə "Leyli və Məcnun" operasında Məcnunun anası rolunu oynayıb. Ardınca "Leyli və Məcnun"da Leyli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Arşın mal alan"da Cahan, "O olmasın, bu olsun"da Sənəm, "Natəvan"da xanəndə qız obrazlarını yaradıb. Milli Konservatoriyanın və İncəsənət Gimnaziyasının müəllimidir.
Konservatoriyada oxuyan vaxtlarda Gülüstan Əliyeva əslən Cəbrayıl rayonundan olan polis işçisi Zahid adlı oğlanla tanış olub. O zamanlar Gülüstan xanım artıq tanınan xanəndə imiş. Ancaq Zahidə olan sevgisi onu sənətini atıb Bakıdan Cəbrayıla köçməyə vadar edir. Zahid Əhmədov Cəbrayıl rayonu Polis İdarəsində əvvəlcə əməliyyat müvəkkili, sonra bölmə rəisi işləmişdi.
1991-ci ildə cütlük ailə qurandan on ay sonra onların Rüfət adlı oğlu dünyaya gəlir. Rüfət 47 ngünlük uşaq ikən atası minaya düşərək ağır vəziyyətdə yaralanır. Onu xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmur. Xanəndə özü həmin günlər haqda deyir: “Onun baxışları həmişə mənim xatirimdədi. O, xəstəxanada olanda, qayınatamgil qoymadı onu son dəfə görüm. Dedilər ki, gəlmə, vəziyyəti çox pisdir. İstəmir ki, sən onu o vəziyyətdə görəsən. Guya həyat yoldaşım deyib ki, gəlməsin, məni belə görməsin. Koridorda o yana, bu yana gedirdim. Fikirləşirdim ki, bəlkə, imkan olar ki, orada kimsə olmaz, heç olmasa içəri girib görərəm. Mənə illər sonra dedilər ki, o, məni sayıqlayır, çağırırmış ki, ona sözüm var, Rüfəti ona tapşırım. Amma heç kəs məni çağırmadı. Çox təəssüf ki, onun son sözünü, son nəfəsini, istəyini eşidə bilmədim. Buna imkan olmadı. Həmişə deyirəm ki, iki şəkil, 317 gün bərabərdir bir ömür. Mənim Zahidlə cəmi iki şəklim olub və biz 11 ay, 317 gün birlikdə yaşamışıq”.
Gülüstan Əliyeva əri ilə son görüşünü belə xatırlayır:
Məni öz adımla yox, "Dilbər" deyə çağırırdı. Son dəfə bizdən ayrılanda da məni çağırdı, pəncərənin qarşısına çıxdım. Dedi, papağım evdə qalıb. Papağını eyvandan verdim. Sonra dedi, uşağı gətir, görüm. Uşağı pəncərənin önünə gətirdim, bir az dayandı, düşündü və getdi. Bu, onun sonuncu gedişi oldu. Minaya düşdü, sonra xəstəxanaya gətirdilər. Üç gün sonra dünyasını dəyişdi. Bu da bizim nakam sevgi hekayəmiz...
Daha ətraflı video-materialda: