azia.az
azia.az

“Ermənilərlə yavaş-yavaş get-gəl olmalıdır, başqa yol yoxdur“ – Mübariz Tağıyev

10-06-2022, 11:59

“Ermənilərlə yavaş-yavaş get-gəl olmalıdır, başqa yol yoxdur“ – Mübariz Tağıyev
Xəbər verdiyimiz kimi, Fransanın Strasburq şəhərində azərbaycanlı və erməni gənclərin görüşü keçirilib.

“Fransa-Almaniya Gənclər Ofisi” adlı təşkilat tərəfindən təşkil olunan görüşə Azərbaycan və Ermənistandan 10 gənc qatılıb.

Bu görüşlərin davamlı xarakter alacağı ilə bağlı fikirlər səsləndirilir. Yaxın zamanlarda tanınmış mədəniyyət və incəsənət xadimlərinin, yazarların, aparıcı elm adamlarının da erməni həmkarları ilə görüşəcəyi bildirilir.
Maraqlıdır, məşhurlarımız bu təşəbbüsləri necə qiymətləndirir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Mübariz Tağıyev bu cür görüşlərin sülh müqaviləsinin imzalanması yolunda ilkin addımlar ola biləcəyini deyib:

“Mən siyasətçi deyiləm, amma bu cür görüşlər təşkil olunursa, demək ki, qarşı tərəfin də istəyi var. Bilirsiniz, mən bu ermənilərin fəlsəfəsini az-çox bilirəm. Onların hərəkətləri hamısı fırıldaq üzərində qurulur. Amma bugünkü duruma baxanda onların başqa yolu yoxdur. Bir yol odur ki, onlar deyilən şərtlərin hamısına əməl etsinlər. Bu şərtlərin bir qolu da ola bilər ki, təşkil edilən bu cür görüşlər olsun. Erməni gəncləri zəhərləniblər, onlar uşaqlıqdan ayrı məktəb keçiblər, şüuraltlarına başqa şeylər yeridilib. Açığı, məndə inam yoxdur ki, bu görüşlərlə nəsə olacaq. Sadəcə mən ümidvaram ki, bizim savadlı, tarixini bilən gənclər müəyyən sual-cavablar zamanı onlara nəyisə izah edə biləcəklər. Bu cür təmasın olması problem deyil, normaldır. Hələlik öncədən bir şey deyə bilmərəm, lakin yavaş-yavaş bu cür get-gəl olmalıdır, başqa yol yoxdur”.

Sənətçi bu görüşlərlə hər şeyin yoluna girəcəyinə inanmadığını bildirib:

“Düşüncəm məni tez-tez atəşkəsi pozduqları, sülh müqaviləsi imzalamaqdan qaçdıqları tərəfə aparır. Çünki ermənilərin işi ilə əməlləri uyğun gəlmir. Amma hər halda, bir addım atılmalıdır. Ola bilər ki, bu görüşlərlə müəyyən məsələlər həll olunacaq, sülh müqaviləsi imzalanacaq. Bəlkə düşüncələrimiz bizi yanıldır, nə bilim, sözün düzü, mən inanmıram. Ona görə ki, bunlar nə fikirləşirlər başa düşmək olmur. Təki hər şey yaxşı olsun, müqavilələr qalıb ortada, İrəvanda gündə bir şey baş verir. Çünki orada müəyyən məsələlər həll olunandan sonra bir çoxları tribunala getməlidir. Onlar təzə heykəllər qoyurlar. Ona görə də hər şey çox çətindir. Bir dəfə Prezidentimiz dedi ki, “Mən bilirəm nəyi nə vaxt etmək lazımdır”. Ola bilər ki, bu da bir yoldur və müəyyən məsələlərin həllinə təkandır”

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi