"Qarabağla bağlı həll olunmalı məsələlər var, atəşkəs imzalanıb, amma ..." - Türkiyə prezidentinin sözçüsü
"Qarabağla bağlı həll olunmalı məsələlər var. Atəşkəs imzalanıb, amma sülh müqaviləsi əldə olunmayıb. Ermənistan kasıb bir ölkədir və iqtisadiyyatı sülh müqaviləsindən faydalana bilər".
"Azsiyaset" xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
"Sülh müqaviləsi bütün bölgəyə sülh gətirəcək. Bu həqiqətən yaxşı bir yanaşmadır. Prezident İlham Əliyev də bir neçə bəyanatlar verib. Bu sülh müqaviləsi ən qısa zamanda imzalanarsa və mina xəritələri kimi texniki məsələlər həll olunarsa, proses daha da sürətlənər", - Kalın söyləyib.
İ.Kalın qeyd edib ki, imzalanan atəşkəs razılaşmasının olduğunu, ancaq sülh müqaviləsinin olmadığını qeyd edib:
"Bu müqavilə Ermənistana da fayda gətirəcək. Ermənilərlə heç bir problemimiz yoxdur. Bu müharibə bitməli idi və belə də oldu".