azia.az
azia.az

AzTV-nin bədii rəhbəri Ranar Musayev istefa verdi - AÇIQLAMA

4-04-2022, 11:29

AzTV-nin bədii rəhbəri Ranar Musayev istefa verdi - AÇIQLAMA
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Bədii rəhbəri Ranar Musayev işindən ayrılıb. DO öz ərizəsi ilə işdən çıxıb.
Məsələni AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva Bakupost.az -a təsdiqləyib.
O bildirib ki, R. Musayev əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işdən ayrılıb.
“Onun yerinə hələlik təyinat yoxdur”, - deyə əlavə edib.
Qeyd edək ki, Rövşən Məmmədov AzTV-yə rəhbər təyin olunan kimi Əməkdar incəsənət xadimi Etibar Babayevi çıxarıb, yerinə R. Musayevi təyin etməsi ciddi narazılıqla qarşılanmışdı.
Aşağıda təqdim etdiyimiz video yayılandan sonra bu tənqidlər daha da “alovlanmışdı”:

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi