azia.az
azia.az

Manaf Ağayevin 6 toyu batdı — Behini alıbmış

18-02-2022, 18:26

Manaf Ağayevin 6 toyu batdı — Behini alıbmış
İşğaldan azad edilmiş ərazilərə səfər etdiyinə tanınmış müğənni Manaf Ağayevin həbs edilməsi gündəmin əsas mövzularındandır.

Qeyd edək ki, müğənninin 15 sutka həbs cəzası alması ilə də məsələ yekunlaşmayıb. Belə ki, Manaf Ağayevin polis postlarından necə keçə bilməsi haqlı suallar doğururdur. Odur ki, artıq Füzuli Rayon Polis Şöbəsində xidməti yoxlamanın aparıldığı və bəzi polis əməkdaşlarının cəzalandırılması haqda məlumatlar yayılıb.

Savash.org-a daxil olan məlumata görə isə Manaf Ağayevin həbsi təkcə bəzi polislərə yox, həm də onunla behləşmiş toy sahiblərinə də ziyan verib. Daxil olan məlumatda bildirilir ki, Manaf Ağayevin həbsdə keçirəcəyi günlər üçün 6 toy sifarişi olub və müğənni həmin mərasimlərə görə toy sahiblərindən beh də alıbmış.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi