Rəqsanə İsmayılova: "Yekəxanalığı sevmirəm, evimdə 5 xanım çalışır" - VİDEO
Müğənni Rəqsanə İsmayılova sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib.
Azia.az xəbər verir ki, ifaçı evində iş görərkən çəkilən görüntülərini yayımlayıb. Böyük və geniş malikanəsi olan Rəqsanə evində 5 işçisi olduğunu bildirib:
"Evimdə 5 xanım çalışır. Amma mən özüm niyə ev işləri görməyim? Yekəxanalığı sevmirəm. Ailəm, balalarım mənim üçün hər şeydi. Özüm yemək hazırlayanda onlar doyunca yeyir. Mənim də ürəyim sakit olur. Pul, yaşayış, hər şey yaxşı olanda qadın olmağımızı niyə unudaq ki? Nə olsun ki, evdə köməkçilər var?
Yatmasam da, yorğun olsam da, bizim yeməklərimiz bu günə hazırdı. Allah heç bir ata, ananı övlad yanında utandırmasın. Ruziniz bol olsun".