azia.az
azia.az

Afaqla “Fəlakət” arasında mübahisə düşdü - VİDEO

26-11-2021, 15:13

Afaqla “Fəlakət” arasında mübahisə düşdü - VİDEO
Afaq Gəncəli və Tural Əsədovun aparıcılığını etdiyi "Səhər mərkəzi" verilişində dava düşüb.

BAKU.WS xəbər verir ki, Afaq Gəncəli efirdə Elşən Orucova müəllimlik etdiyini deyib:

“Dostu İlkin Həsəni əsgərliyə getmişdi. Məcburiyyət qarşısında onu maqazin verilişinə aparıcı etdik. Aparıcı kimi onu istəmirdilər, məcbur “Elişqo”nu efirə çıxardıq. Səhnə mədəniyyəti yox idi, aparıcılıq dərsi keçməyib. Afaq öyrətdi”.

Elşən isə aparıcının “Səhnə mədəniyyəti yoxdur” ifadəsinə "Elə bil çox oldu. Dörd il universitet oxumuşam, müəllimlərim baxır” deyərək narazılıq edib.

Gəncəli isə əvəzində ona “Nankor olma. Müəllimin olmamışam?” deyə sual verib.

Elşən isə “Müəllimlərim baxır. Səhnə danışığını mənə müəllim Azad Şükürov öyrədib. Mənə maqazin verilişində qalmaqal öyrətmisiniz. “Nankor şagird” olar. Amma səhnə mədəniyyəti yox, xahiş edirəm”, - deyərək aparıcının sözlərinə reaksiya verib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi