azia.az
azia.az

“Məni mini yubka geyinməyə məcbur etdi” – Nüsret Gökçə məhkəməyə verildi

19-11-2021, 15:45

“Məni mini yubka geyinməyə məcbur etdi” – Nüsret Gökçə məhkəməyə verildi
Türkiyəli məşhur qəssab və restoranlar sahibi Nüsrət Gökçe keçmiş işçiləri tərəfindən məhkəməyə verilib.

Azia.az xəbər verir ki, Gökçenin ABŞ-dakı restoranının iki keçmiş işçisi Nusreti məhkəməyə verib.

Bir müddət Nyu-Yorkda "Nusr-et Steakhouse"da işləyən Maher və Kruz türk olmadıqları üçün ayrı-seçkiliyə məruz qaldıqlarını iddia ediblər. 2017-ci ildə Nüsrət ilə işləməyə başlayan Peru əsilli Maher restoranın türk işçilərlə müqayisədə daha az gəlirli bölmələrə yerləşdirildiyini iddia edib.

Maher həmçinin iddia edir ki, türk işçiləri müntəzəm olaraq zəif işləmələrinə və ya səhv davranışlarına baxmayaraq rəhbərlik tərəfindən qorunur.

Dominikan əsilli Kruz isə 2019-cu ilə işə girdiyini bildirib və o, işə adi formada gəldiyini, lakin evə qayıdaraq qısa ətək və hündürdaban ayaqqabı geyinmək tapşırıldığını deyib. iddiaya görə, o, bir neçə gün sonra işdən çıxarılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi