azia.az
azia.az

Könül Kərimova “Laçınım”a sahib çıxdı, şahid gətirdikləri “xəbərimiz yoxdur” dedilər

6-09-2021, 15:46

Könül Kərimova “Laçınım”a sahib çıxdı, şahid gətirdikləri “xəbərimiz yoxdur” dedilər
Əməkdar artist Könül Kərimova Kulis.az-a verdiyi müsahibədə Məhəbbət Kazımovla bağlı sualları cavablandırarkən müğənninin ifa etdiyi "Qız, Allahın bəlasıdır gözlərin”, "Təkcə mənim olaydın”, "Laçınım” mahnılarının musiqisinin ona məxsus oldu]unu deyib və şahid kimi bəzi müğənnilərin adını çəkib.

Azia.az məsələ ilə bağlı adı çəkilən müğənnilərin bir neçəsi ilə əlaqə saxlayıb.

Saytımıza danışan əməkdar artist Yusif Mustafayev bu məsələdən xəbərsiz olduğunu bildirib:
Könül Kərimova “Laçınım”a sahib çıxdı, şahid gətirdikləri “xəbərimiz yoxdur” dedilər
"Səmimi deyirəm ki, mən bu söhbəti eşitməmişəm. İmanımı yandıra bilmərəm, Allahın qarşısında deyirəm ki, belə bir söhbəti eşitməmişəm”.

Əməkdar artist Vasif Məhərrəmli də bu söhbətdən xəbərsiz olduğunu bildirib:
Könül Kərimova “Laçınım”a sahib çıxdı, şahid gətirdikləri “xəbərimiz yoxdur” dedilər
"Mən həmin söhbətdə yanlarında olmamışam. Amma eşitmişəm ki, Könül Kərimova mahnının bəstəçisinin özü olduğunu deyib, amma həmin vaxt mən onların yanında olmamışam”.

Xatırladaq ki, Könül Kərimova müsahibəsində bunları deyib:

"Mən bu məsələni bir az gec açıqladım. Bəziləri inandı, bəziləri inanmadı. Qısqananlar da oldu ki, niyə bunları o vaxtı demirdin, indi deyirsən? "Qız, Allahın bəlasıdır gözlərin”, "Təkcə mənim olaydın”, "Laçınım” mahnılarının musiqilərini yazdım. Məhəbbətə qədər isə mən "Yar başına dönüm sənin” mahnısını yazmışdım. Sözləri Zemfira Əlişqızının idi. Bu "Səbuhi” studiyasında çıxan ovaxtkı kasetlərin üz qabığında da var. O vaxtı müğənni mahnı yaza bilməzdi. Yəni buna icazə yox idi. Bu mahnılar efirə anonim gedirdi. İllər keçəndən sonra dedilər, əşi, elə qoy belə getsin, Məhəbbətin adı ilə çıxsın bu mahnılar. Amma bunu Manaf Ağayev, Vasif Məhərrəmli, Yusif Mustafayev, Elşad Qarayev, rəhmətlik Baloğlan Əşrəfov bilirdi. Hamı bilir ki, "Laçınım”ı mən yarım saatın içində yazmışam. Məhəbbət Kazımov əlbəttə istəyərdi ki, "Laçınım”ı özü yazsın. Axı o, laçınlıdır. Ancaq "Laçınım” mahnısını Məhəbbət Kazımov yox, mən bəstələmişəm. Hərdən zarafat edirdi, deyirdi, deyəcəklər, xeyir olsun, bu mahnını Ağcabədili qızı yazdı. Sadəcə onun ətrafındakı adamlar əvvəllər dedilər, mahılar sintezator ifaçısının mahnıları kimi gedir. Ondansa, Məhəbbətin adından getsin. Məsələnin bu tərəfini başa düşdük. Bəs haqq-ədalət harda qaldı? Bunu heç kim dana bilməz. Vasif Məhərrəmli bu yaxınlarda dedi, Məhəbbət özü deyirdi ki, bu mahnıları Könül yazıb”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi