azia.az
azia.az

Sevdanın toyu niyə olmadı?

23-08-2021, 12:51

Sevdanın toyu niyə olmadı?
Müğənni Sevda Yahyayeva toyunu təxirə salıb. Sənətçi toyların keçirilməsinə icazə verildiyi kimi özünə təmtəraqlı məclis edəcəyini desə də, istəyi gerçəkləşməyib.

Bu haqda Azia.az-a açıqlama verən Sevda bildirib ki, toy Məhərrəmlik ayından sonraya qalıb:

"Hazırda həyat yoldaşımla birlikdə Sankt-Peterburqda istirahətdəyik. Toyun niyə bu mövsüm olmadığını toy günümdə açıqlayacam. Hazırda dəqiq tarixi bilmirik. Çünki məkan danışmamışıq. Bakıya qayıdan kimi toy hazırlıqlarına başlayacam. Məkanı danışıb, tarixi dəqiqləşdirəcəyik".

Qeyd edək ki, S.Yahyayeva həkim Zakir Bayramovla ötən il nikah masasına oturub. Cütlüyün toyu pandemiyaya görə təxirə düşüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi