Samiranın konserti təxirə düşdü
Müğənni Samira Allahverdinin mayın 1-də planlaşdırdığı konserti təxirə düşüb.
Bu haqda ifaçının özü xəbər verib. O, layihənin təxirə salınmasının səbəbinin şəhidlərimiz olduğunu bildirib:
“Əsgərlərimizə görə konserti təxirə saldım. Bu qədər əsgərimiz şəhid olduğu halda mən necə səhnəyə çıxıb oxuya bilərəm? Yaxın günlərdə konsertimi yenidən verəcəm. Dəqiq tarixi hər kəsə bildirəcəm”.
Qeyd edək ki, konsert Sumqayıtda klubların birində baş tutacaqdı.