Azərbaycanlı məşhur aparıcı həmcinsilə evləndi - FOTO
Azərbaycanlı məşhur teleaparıcı Amerikada həmcinsi ilə izdivac qurub.
Bakupost.az xəbər verir ki, aparıcı Səxavət Nur həmcinsi ilə görüntülərini sosial şəbəkə hesabında paylaşıb və bu sözləri qeyd edib:
“Ailə sadəcə qan bağı deyil. Sənin həyatında olub da, səni öz həyatında istəyənlər, səni olduğun kimi qəbul edənlərdir ailə! Sənin gülüşün üçün hər şey edənlər və səni səbəbsiz sevənlərdir”.![]()
Amerikada yaşayan S.Nurun həmcinsi ilə evlənməsi şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Xatırladaq ki, Səxavət Nurullayev (Səxavət Nur) 25 yanvar 1979-cu ildə Qubada anadan olub. 2003-cü ildə Lider TV-də yayımlanan "Teletime" intellektual-əyləncəli verilişində aparıcılıq fəaliyyətinə başlayıb. 2007-2009-cu illərdə AzTV-nin "Səhər" verilişinin, eləcə də 2007-ci ildə AzTV-də yayımlanan "Muğam Televiziya Müsabiqəsi"-nin aparıcısı olub.
O, bir sıra kütləvi tədbirlərin və bayramların aparıcılığını edib. 2009-cu ildə Bakıda keçirilən "Beynəlxalq muğam Festivalı"-nın aparıcılarından biri olub. 2008-ci ildə yaradılan Xəzər FM radiosunun rəhbəri kimi fəaliyyət göstərib, həmin radioda yayımlanan bir çox layihələrin müəllifi olub. 2010-cu ildə Xəzər TV-də müəllifi olduğu "Niyə də yox" verilişini hazırlayıb və təqdim edib. 2010-cu ilin avqust ayından etibarən Xəzər TV-də yayımlanan "Nuş olsun" verilişinin aparıcısı olub.![]()
2011-ci ildə "Muğam Televiziya Müsabiqə"sinin aparıcısı kimi fəaliyyət göstərib. 2011-ci ildə ANS kanalında yayımlanan xarici ölkələrə səyahət verilişi "Şanslı adam" layihəsinin müəllifi və aparıcısı olub. 2012-ci ildə Xəzər TV də "İmza mən" əyləncəli verilişinin müəllifi və aparıcısı olub. 2012-ci ildən etibarən Araz – 103.3 FM radiosunun baş redaktoru vəzifəsində çalışıb.
2019-cu ildən Real TV-nin ABŞ-a ezam olunmuş xüsusi müxbiri kimi fəaliyyət göstərib.