Demet Akalınının daha bir yalanı ortaya çıxdı
Türkiyəli müğənni Demet Akalın sosial şəbəkədə paylaşım edib.
Azia.az xəbər verir ki, sənətçi “Instagram” hesabında video yayımlayaraq Türkiyənin yanğından əziyyət çəkən şəhəri Bodruma yardım göndərdiyini deyib:
“Əşyaları yığıb göndərmək üçün yük maşını axtarıb tapdım. 20-25 min lirəlik əşyalar və ləvazimatlar aldıq. Bunlar arasında alov keçirməyən ayaqqabı, heyvan qidaları və digər vasitələr var. Sabah yük maşını hadisə yerinə göndəriləcək. Bu yardımı Bodruma yollayacağıq”.
Akalının bu paylaşımından sonra türkiyəli aparıcı Seda Akgül ona reaksiya verib.
O, sosial şəbəkə hesabında paylaşım edərək Akalının yalan dediyini söyləyib və onu ifşa edib:
“Ey Demet Akalın, aparıcılıq etdiyim vaxtlarda proqramımda fiziki məhdudiyyətli şəxslərə əlil arabaları lazım olurdu. Sən özünü ortaya atıb dedin ki, mən hamısına yardım edib onlara araba alacam. Amma nə oldu nəticə? Bir dənə belə əlil arabası göndərmədin”.