Mina: “Bəziləri kimi porno görüntülərim yoxdur” - FOTO
Müğənni Mina Hüseyn qalmaqallı açıqlaması ilə diqqət çəkib. Sənətçi "Instagram” hesabının hekayə bölümündə onun geyimlərini tənqid və təhqir edənlərə qarşı sərt reaksiya verib:
"Yenə başlayacaqlar şərhlərdə analarından, atalarından aldıqları tərbiyəni nümayiş etdirməyə... Geyim tərbiyə ilə ölçülmür.
Tərbiyə hansısa evli kişinin evini yıxmamaqdır. Şükr Allaha, hələ mənim kişilərlə yataqda şəkillərim olmayıb.
Bəziləri kimi porno görüntülərim yoxdur. Geyimi istədiyin vaxt dəyişə bilərsən, amma etdiyin hərəkətlər sənin nə cür insan olduğunu göstərir.
Dəfələrlə demişəm, indi də deyirəm. Şəkillərim planlı şəkildə gündəm üçün çəkilib. Bunu sənət üçün etmişəm ki, marağa səbəb olsun, vəssalam. Əl çəkin məndən!”
Qeyd edək ki, sənətçi bir müddət əvvəl açıq-saçıq fotoları ilə gündəmə gəlib.