Əməkhaqqı artımı ilə bağlı hazırki rəsmi göstəricilər həqiqəti əks elətdirmir
Məlumat üçün bildirilir ki, orta aylıq əmək haqqının artmasına şəffaflaşmanın, yoxsa real maaş artımının təsir etdiyini müəyyənləşdirmək olmur. Məsələn, işçinin aylıq maaşı 1000 manatdır. Lakin onun 600-ü rəsmi şəkildə, 400-ü isə konvertlə verilir. Daha sonra həmin işçinin maaşı rəsmi şəkildə 700-ə qaldırıldıqda, 300-ü konvertlə verilir. Belə olduqda işçinin maaşı realda qalxmır, amma statistikada qalxdığı görünür. Statistika Komitəsi də rəsmi mənbələrə istinad edərək hesabat təqdim edir. Ona görə də, bir qədər çaşqınlıq yaranır”.
Ekspertlər bu məsələyə minimum əmək haqqının təsirini də qeyd edirlər
Məsələn, ötən il və bu ilin əvvəli minimum əmək haqqının artması da orta aylıq əmək haqlarına təsir edib. Azərbaycanda 1 milyon 740 minə yaxın muzdla işləyən insan var. Onların da 50 faizdən çoxu- 905 min nəfəri dövlət sektorunda, 830-835 min nəfəri isə özəl sektorda çalışır. Ona görə də dövlət sektorundakı maaş artımları öz təsirini göstərir”.