İran Mərkəzi Bankı rəqəmsal rial dövriyyəyə buraxır
İran Mərkəzi Bankı iyunun 21-dən rəqəmsal rialı dövriyyəyə buraxacaq.
“Report” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, istifadəçilər ştrix-kodu skan etməklə alış-veriş edə və pul köçürə biləcəklər.
Mərkəzi Bank tərəfindən “Rəqəmsal rial” ilk dəfə Kiş adasında pilot mərhələdə istifadəyə veriləcək.