“Nar”ınəsastərəfdaşlığıilə“Balloon Festival”keçirildi
“Nar”ınəsas tərəfdaşlığı ilə bu yayın ən çox gözlənilən tədbirlərindən biri olan “Balloon Festival” yekunlaşdı. İyunun 8-9-da Şamaxı rayonunda keçirilən festivalda 20 mindən çox ziyarətçi iştirak etdi.
Sərfəli təkliflərini regionlara daha da yaxın etməkməqsədinə sadiq qalan “Nar” festival zamanı müştərilərinin üstün xidmətlərə asan çıxışını təmin edib. Əsas tərəfdaş olaraq, “Nar” qonaqların səmada hava şarlarından, o cümlədən mobil operatorun brendini əks etdirən hava şarınınuçuş mənzərəsindən həzz alması üçün rahat və canlı atmosferin yaradılmasına öz töhfəsini verib. Həmçinin, festival boyunca iştirakçıları maraqlı süprizlərlə sevindirən “Nar”onlaramüxtəlif dəyərli hədiyyələr də təqdim edib.
Qeyd edək ki, milli irsin qorunub saxlanması və daha geniş miqyasda nümayiş etdirilməsi “Nar”ın əsas strateji istiqamətlərindəndir. Regionlarda əhəmiyyətli tədbirlərə dəstək verməklə “Nar” turistlər arasında Azərbaycanın ecazkar təbiətinə və zəngin mədəniyyətinə marağı artırır.
“Nar” festivalları, musiqi və idman tədbirlərini müştərilərinə daha da yaxın edərək onlar üçün maraqlı istirahət imkanları yaradır. “Nar”ın dəstəyi ilə həyata keçirilən layihələr haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək mümkündür.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.