azia.az
azia.az

Ölmüş şəxsin borcunu kim ödəməlidir? - AÇIQLAMA

20-02-2024, 08:58

“Banka va digər şəxslərə pul öhdəliyi olan borclu vəfat edibsə, vərəsələri onlara miras qalmış əmlak həddində borcu ödəməlidirlər”.

 

Bildirilir ki, bunu vəkil Vamiq Şükürov deyib.

 

Onun sözlərinə görə, kredit təşkilatları vəfat etmiş şəxsin kredit borcunun ödənilməsini onun ailə üzvlərindən tələb edə bilməz:

 

“Hər kəs özünə cavabdehdir. Borclu kredit borcuna görə yalnız öz əmlakı ilə məsuliyyət daşıyır. Əmlakı yoxdursa, kredit borcu ödənilmir və buna görə borclunun vərəsələrinə qarşı hər hansı tədbir görülə bilməz. Təbii ki, vəfat etmiş şəxsə zamin durmuş şəxslərdən də borc tələb oluna bilər”.

Vəkil qeyd edib ki, ipoteka kreditləri verilən zaman müştərilər adətən ölüm və ya işləmə qabiliyyətini itirmə hallarından sığorta olunur:

 

“Yaxud borcun ödənilməsinin təminatı qismində daşınmaz və ya danışar əmlak girov qoyulubsa, borcun ödənilməsi həmin əmlakların satılması hesabına həyata keçirilir”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi