Əmək müqavilələrinin sayı artır
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 368,3 min vahid artıb və 2023-cü ilin oktyabr ayının 1-nə 1.770,3 minə çatıb. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 340,9 min artaraq 880,8 min olub.