İşləyən analar övladlarını bilmədən belə zəhərləyir - Qida mütəxəssisi səbəbləri açıqlayır
Bu gün dünyada polifabrikat qidalardan istifadə çox geniş yayılıb. Bu cür qidalanma xüsusilə işləyən insanların daha çox köməyinə gəlir. Bəzən işləyən qadınlar işdən sonra zamanlarının az getməsi üçün bu qidaları, qışda az tapılan tərəvəz-meyvələri hazırlayaraq dondurucuya yerləşdirirlər.
Bəs belə qidalardan istifadə insan sağlamlığı üçün təhlükəlidirmi?
Bu barədə Valyuta.az-a danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, burda doğru bilinən bəzi yalnışlar var:
“Məsələn, xanımlar çox vaxt buzlu məhsulu alır, evdə buzunu açaraq yenidən hissələrə bölüb dondururlar. Bir məhsulun iki dəfə dondurulması düzgün deyil".
Ekspert deyir ki, bu qidalardan istifadə zamanı diqqət edilməli məsələlərdən biri həmin qidaların mikrobioloji çirklənməyə məruz qalmamasıdır:
“Hə, ola bilər ki, düşbərə polifabrikat edilib saxlanıla bilər, dolma yenidən isidilib yeyilə bilərlər. Burda heç bir sıxıntı yoxdur. Lakin məhsulları çirkləndirməməyə, mikrobiloji çirklənməyə məruz qoymamağa diqqət edilməməlidir. Yəni otaq temperaturunda çox saxlanılmasın, təzə məhsulu doğramaqla bişirmək arasındakı zaman 2-3 saat olmalıdır. Bu vaxt ərzində bişirilib, porslanıb, soyuducuya qoyulmalıdır”.
Ağa Salamov deyir ki, bəzi məhsullar otaq tempraturunda 3 saatdan çox qalarsa, onlarda mikrobioloji çirklənmə gedir:
“Bəzən insanlar düşünür ki, hazır yeməyi 2 saat ərzində necə soyudub soyuducuya yerləşdirmək olar? Buzun içində saxlamaqla soyutmaq olar. Ona görə də zaman məsələlərinə, soyuducunun tempraturuna diqqət etmək lazımdır. İşıqlar sönəndə qidaların buzu açılırsa, onları artıq istehlak etmək lazımdır. Həmin qidaları 2-3 gün ərzində yemək olar, lakin yenidən dondurmaq olmaz”.
Ağa Salamov bildirib ki, işləyən xanımlar uşaqlarını bilmədən zəhərləyirlər:
“Məsələn, bir işləyən xanım toyuğu axşamdan soyuducudan çıxarır, sabaha qədər qalır. Həmin məhsulun buzu açılır, doğranır, bişirilir. Bişiriləndən sonra yenə də otaq tempraturunda saxlanılır ki, uşaq günorta məktəbdən gəlib yesin. Ona görə də bu məhsulların donunun tez açılması üçün iki-üç saat axar suyun altında qalmalı, ya da porslanıb dondurucuya qoyulmalı, daha sonra mikrodalğalı sobada donu açılıb bişirilməlidir. Mən qidanın donunun bu cür açılmasının da əleyhinəyəm. Ən yaxşı halda isə həmin dondurulmuş qida müsbət soyuducuda, yəni dondurucudan çıxarılıb yuxarıda saxlanılmalı, buzu açılandan sonra yemək hazırlanmalıdır”.
Davud