Bu bürc altında doğulanları gələn ay maddi çətinliklər gözləyir - PROQNOZ
Sentyabr ayı bəzi bürc nümayəndələri üçün maliyyə çətinlikləri ilə yadda qalacaq.
Gələn ay qənaətə xüsusi diqqət yetirməli olan bürclərlə bağlı məlumatlar təqdim edilir:
Dolça - Bu bürc altında doğulanlar yenilikçi təbiətləri ilə tanınırlar. Bu ay texnoloji yeniliklərə olan maraq onları gözlənilməz xərclərə sala bilər. Xüsusilə yeni istehsal olunan texnoloji məhsul və cihazlarla bağlı tələsik hərəkət etməmələri və lüzumsuz xərclərə yol verməmələri tövsiyə olunur.
Xərçəng - Onlar üçün ev və ailə həyatı hər zaman ön plandadır. Sentyabr ayında planlaşdırılmamış ev təmiri və ya ailəyə maliyyə dəstəyi onların büdcələrinin əlavə yüklənməsinə səbəb ola bilər. Bu ayın enerjisi xərçəngləri maliyyə baxımından bir az daha diqqətli olmağa sövq edir.