"Bu sahədə çalışanlar 70 yaşda təqaüdə göndərilsin - Təklif"
"65 yaşına çatmış şəxslər elə ad günü vaxtı işdən çıxarılır".
Bunu Milli Məclisinin plenar iclasında deputat Musa Quliyev deyib.
O qeyd edib ki, bununla bağlı Əmək Məcəlləsində dəyişiklik labüddür:
"Bunu parlamentin payız sessiyasına həvalə etmək olar. Təklif odur ki, Səhiyyə və təhsil sahəsində çalışan şəxslər üçün son yaş həddi 65 yaşdan 70 yaşa qaldırılsın".