azia.az
azia.az

“Araz” marketdə 25 min manat udan qadını necə aldadıblar? - DƏLƏDUZLUQ NİYƏ ÖRT-BASDIR EDİLİB ?

6-05-2023, 08:33

"Deməli Bakıda bir qadın Araz marketdən "Azərlotereya"nın Poz-Qazan mərc oyunundan 1 manata lotoreya alır. 25 min manat udur və satıcıya göstərir. Satıcı kuponu ondan alır, təbrik edir. Lakin qadın uşağı ilə bu sevinci bölüşdüyü zaman, satıcı kuponu udulmamış kuponlardan biri ilə dəyişdirir. Baş verənlər nəzarət kameralarına düşür".
Gundelik-baku.com xəbər verir ki, bunu jurnalist Həbib Müntəzir paylaşıb.
Onun sözlərinə görə satıcı qadına bildirib ki, səhv görmüsünüz, əslində udulmamış kupondur:
"Nə isə, mübahisə yaranır, vətəndaş polisə müraciət edir. 32-ci polis bölməsinin əməkdaşları satıcını saxlayırlar. Amma 3 saatdan sonra buraxırlar. Qadın şikayətçi olsa da, nəzarət kameralarına baxılmasını tələb etsə də onu dinləyən olmur.
1 aydan sonra qadına xəbər verirlər ki, istintaq tamamlandı, kamera görüntülərində heç bir şey yoxdur, satıcı günahsızdır, kupon isə udulmamışdır.
Bir sözlə 25 min manat satıcı və polis arasında bölünür, haqsız olan yenə sadə vətəndaş olur".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi