Uşaqpulu yenidən veriləcək? (AÇIQLAMA)
Azərbaycanda vaxtaşırı gündəmə gətirilən mövzulardan biri də uşaq pulunu verilməsiylə bağlıdır. Pandemiyadan əvvəl bu barədə həm ictimaiyyətdə, həm də Milli Məclis səviyyəsində dəfələrlə müzakirələr aparılsa da, yekun nəticə əldə olunmayıb. Son iki il ərzində isə demək olar ki, məsələ ilə bağlı müzakirələr tam səngiyib.
Maraqlıdır, uşaq pulu yenidən Milli Məclisin gündəliyinə salına bilər?
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev uşaq pulunun bərpasının gündəlikdə olmadığını vurğulayıb:
"Yaxın vaxtlarda da gündəlikdə olası mövzu deyil. Mən o barədə heç düşünmürəm”.
Bəs görəsən, inflyasiyanın yüksək həddə olduğu bir vaxtda ailələrin rifahını yaxşılaşdırmaq üçün nə etmək lazımdır? Həmçinin uşaq pulunu bərpası üçün hansı tədbirlər görülməlidir?