Taksi sürücüləri 50 manat cəriməLƏNƏ bilər- DİQQƏT
Son dövrlər vətəndaşların daha çox narazılıq etdiyi xidmətlərdən biri də taksi fəaliyyətidir. Xüsusilə qiymətlərə yanaşmada insanların fikirləri birmənalı deyil. Bəziləri düşünürlər ki, taksi xidmətləri kifayət qədər bahadır. Ona görə də, taksilərə taksometrlərin quraşdırılmasının tərəfdarıdırlar.
Elə taksi fəaliyyəti ilə məşğul olanlar da bildirirlər ki, taksometrlər olmadığı üçün qiymət razılaşmaqdaçətinlik çəkirlər. Taksi şirkətlərinin təyin etdiyi məbləğ isə bəzən gedilən yolla tərs mütənasib olur.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, Taksometrlə fəaliyyət göstərmək tələbi fərdi qaydada işləyənlərə tətbiq edilə bilər. Şirkətlərlə əməkdaşlıq edənlər üçün isə bu, zəruri deyil.