azia.az
azia.az

Sahil Babayev: “Orta aylıq pensiya 75 faiz artıb”

6-05-2022, 06:46


“Son 4 ildə minimum pensiya isə 2,2 dəfə artırılaraq 240 manata çatdırılıb. Bu gün Azərbaycan minimum pensiyanın həm nominal, həm də alıcılıq qabiliyyəti indeksinə görə MDB üzrə birinci yerə yüksəlib”.

Sahil Babayev: “Orta aylıq pensiya 75 faiz artıb”

Xəbər verilir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.



Nazir qeyd edib ki, orta aylıq pensiya isə 75 faiz artaraq 363, yaşa görə orta aylıq pensiya 70 faiz artaraq 394 manata çatıb. Son 4 ildə müavinət və təqaüd ödənişləri müvafiq olaraq 3 və 5 dəfə artıb. Ümumilikdə 2018-2022-ci illərdə sosial təminat növləri, yəni pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə illik xərclərdə də 70 faiz artım olub:



“Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, məşğulluq imkanlarının artırılması və qeyri-formal məşğulluğun qarşısının alınması, formal məşğulluğa keçidin stimullaşdırılması istiqamətində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında da ardıcıl artımı təmin edir. Buna misal olaraq, 2018-2022-ci illərdə əmək müqavilələrinin sayında 30 faiz və ya 400 minə yaxın artım qeydə alınıb. İllik əməkhaqqı fondunda isə həmin dövrdə 2,2 dəfə artım olub”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi