azia.az
azia.az

“Azsığorta”nın dövlətə 54 min manat - VERGİ BORCU VAR

5-04-2022, 12:59

“Azsığorta”nın dövlətə 54 min manat - VERGİ BORCU VAR
“Azsığorta” ASC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir.

Məlumata əsasən, “Azsığorta”nın 54 min 51 manat vergi borcu var.

Qeyd edək ki, bu borclar barədə son məlumat 4 aprel 2022-ci il tarixinə qədər olandır.

Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20.3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova məxsusdur.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi