azia.az
azia.az

"ASAN xidmət"də çətin başa düşüləsi tenderlər... - İcazə verin, şübhələnək...

28-03-2022, 11:49

"ASAN xidmət"də çətin başa düşüləsi tenderlər... - İcazə verin, şübhələnək...
Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Balakən regional “ASAN xidmət” mərkəzində gündəlik təmizlik işlərinin görülməsi xidmətinin satınalınması üzrə tenderin qalibini açıqlayıb. 118 199 manatlıq tenderin qalibi "TOMPA GROUP" MMC olub.

Tenderlə Mərkəzdə təmizlik işləri görüləcək, 20 000 ədəd tibbi maska və 300 litr deizenfeksiya məhlulu alınacaq.

Xatırladaq ki, bundan əvvəl "TOMPA GROUP" MMC "İnnovasiyalar Mərkəzi" MMC-nin Bakı ş., H.Əliyev küç., 34 ünvanında yerləşən 2660 kv.m. ofis sahəsinin, 1300 kv.m. xidməti avtodayanacağının və Həsən Əliyev 36 küçəsində yerləşən 1700 kv.m. ofis sahəsinin gündəlik təmizlik işlərinin görülməsi üzrə 277 744 manatlıq tenderini udub.

Bu da hamısı deyil və bu da "TOMPA GROUP" MMC ilə “ASAN xidmət”in ilk anlaşması deyil.

Buna qədər sözügedən MMC-nin “Elektron Hökumətin İnkişafı Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçən il keçirilən tender müsabiqəsinin qalibi olduğu aydın olur. Müsabiqənin şərtinə görə "Tompa Group" MMC “Elektron Hökumətin İnkişafı Mərkəzi” üçün 12 ay ərzində gündəlik təmizlik işlərini görəcəkdi.
“Elektron Hökumətin İnkişafı Mərkəzi” ümumilikdə 5 075 kvadrat metr sahədə gündəlik təmizləmək işləri görmək üçün "Tompa Group" MMC –yə 329 min 853 manat 8 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, "Tompa Group" MMC 08.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Binəqədi rayonu, Ağa Nemətulla (Rəsulzadə qəs.), ev 22” olaraq göstərilir. Qanuni təmsilçisi isə Həsənov Qadir Vəli oğludur.
Açıq internet resurslarında "Tompa Group" MMC barəsində heç bir məlumata rast gəlmək mümkün deyil. “Facebook” sosial şəbəkəsində 1 may 2020-ci il tarixində “Tompa Group MMC” adı ilə açılan səhifəni isə bugünə kimi bir nəfər də olsun “bəyənməyib”.
Onu da qeyd edək ki, "Tompa Group" MMC “ASAN xidmət” mərkəzlərinin və “ASAN xidmət”ə məxsus avtomobillərinin təmizlənməsilə bağlı keçirilən onlarla tenderin qalibi olub. Son bir ildə bu məqsədlə “ASAN xidmət” "Tompa Group" MMC-yə 1 milyon manatdan artıq vəsait ödəyib.
“ASAN xidmət” sonuncu dəfə "Tompa Group" MMC ilə 21.01.2021-ci il tarixində müqavilə imzalayıb. Mingəçevir regional “ASAN xidmət”ə məxsus 1 ədəd “Man Neoplan” və 1 ədəd “Ford Transit” avtomobilini təmizləmək üçün "Tompa Group" MMC “ASAN xidmət”dən 152 min 847 manat alıb.

Hər halda, bu faktlar "TOMPA GROUP" MMC ilə gənc kadrlarımızın mübhəm əlaqələrindən xəbər verməkdədir. Yəni köhnələrin öz tender ortaqları var idi, təzələrin də öz tender ortaqları...

Deməli, kadrların yerini dəyişəndə həqiqətən də nəticə dəyişmirmiş...

Hər cür izahat üçün olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi