azia.az
azia.az

Pensiyaçılara MÜHÜM xəbər- Əmək pensiyaları...

21-02-2022, 17:18

Pensiyaçılara MÜHÜM xəbər- Əmək pensiyaları...
“Mövcud qanunvericiliyə əsasən əmək pensiyalarının məbləği pensiya kapitallarının həcmi ilə müəyyənləşir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bəzi vətəndaşların pensiya məbləğinin aşağı olması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

V.Bayramov qeyd edib ki, daha çox pensiya kapitalına sahib olan vətəndaşımız daha çox pensiya almaq şansına malikdir:



“Ona görə də, insanlarımızın əmək müqaviləsi ilə işləməsi çox vacibdir. Çünki bizim apardığımız monitorninqlər də göstərir ki, bir çox hallarda vətəndaşlarımız əmək müqaviləsi olmadan yalnız ikitərəfli şifahi anlaşma ilə işləməyə üstünlük verirlər. Bu zaman da, təbii ki, sosial ödənişlər edilmir.

Nəticə etibarı ilə bu, bütövlükdə onların pensiyalarına təsir edir”.

Deputat deyib ki, əmək müqaviləsi olmadan çalışdıqda, şəxsin stajı da qeydə alınmır:

Advertisement

“Stajın qeydə alınması üçün vətəndaşın əmək müqaviləsi ilə işləməsi çox vacibdir. Ona görə də, daha çox pensiya almaq üçün pensiya kapitalının həcmi böyük olmalıdır. Həm minimal pensiya, həm də digər əmək pensiyaları üçün dövlət büdcəsinə vəsaitlərin ayrılması və bu vəsaitlərin həcminin də artırılması hər zaman prioritetdir. Növbəti illərdə də bu istiqamətdə daha çox vəsaitlərin artırılması gözlənilir. Dövlət təminatının genişləndirilməsi ilə yanaşı vətəndaşlarımız da əmək müqaviləsi ilə işləməlidir ki, daha artıq pensiya imkanları olsun”.

İqtisadçı ekspert Pərviz Heydərov isə bu barədə bildirib ki, qanunvericiliyə əsasən, pensiya yaşına çatmış şəxs pensiya hüququna malik olmaq üçün ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalına və yaxud da azı 25 il sığorta stajına sahib olmalıdır:

“Cari ilin yanvarın 1-dən minimum pensiya məbləğinin 240 manata çatdırılması ilə əlaqədar ölkədə 2022-ci il üzrə pensiya kapitalının minimum məbləği də artıb. Hazırda minimum pensiya kapitalı yanvarın 1-dən 34 560 manat təşkil edir. Bundan əvvəl 28 800 manat idi. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı 240 manatın (ölkə üzrə minimum pensiya məbləğini) 144-ə vurulması ilə müəyyən edilir. Əgər həmin qədər pensiya kapitalı yoxdursa, o zaman azı 25 il sığorta stajı əsas götürülür.

Onun sözlərinə görə, məcburi dövlət sosial sığorta haqqının əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyənləşdiyini, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənildiyini nəzərə alsaq, ölkədə çox nadir işçinin ardıcıl olaraq 12 il ərzində hər ay 240 manat vəsait köçürmək iqtidarında olduğunu izah etməyə ehtiyac yoxdur:

“Bunun üçün isə ya maaşlar kifayət qədər yüksək məbləğdə təşkil etməli və yaxud da məcburi dövlət sosial sığorta ayırmaları dərəcələri artırılmalıdır. Maaşları necə gəldi artırmaq isə mümkün deyil. Çünki yüksək aylıq qazanc yüksək gəlirli iqtisadiyyat tələb edir.

İqtisadiyyat inkişaf etdikcə və artım daha çox dayanıqlığa söykəndikcə, pensiya hüququnun təsbiti və vaxtında, o cümlədən layiqli pensiya məbləğinin əldə olunması hər bir vətəndaş üçün əlçatan olmalıdır. Buna isə vaxt lazımdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi