azia.az
azia.az

Azərbaycanda nümunəvi xidmət göstərən DYP işçiləri də varmış - Salyanda

17-10-2016, 10:49

Azərbaycanda nümunəvi xidmət göstərən DYP işçiləri də varmış - Salyanda
Ələt-Astara yolunda xidmət edən 99 YP 920 dövlət nişanlı DYP avtomobilinin ekipajı Abbasov Hikmətin və Namazov Bəhrəm nümunəvi xidmətləri ilə sürücülərin rəğbətini qazanıb

Adətən Dövlət Yol Polisinin işçilərindən mətbuata daxil olan məlumatlar şikayət xarakterli olur və bir qayda olaraq vətəndaşlar DYP əməkdaşlarının qanunsuz əməllərindən şikayətlənirlər.


Lakin AzMedia.info-ya Salyan rayonundan daxil olan məktub heç də şikayət xarakterli deyil. Salyan sakinləri Ağayev Orxan və Səfərov Mehmandan saytımıza daxil olan məktub minnətdarolıq xarakteri daşıyır. Onlar Ələt-Astara yolunda xidmət edən 99 YP 920 dövlət nişanlı DYP avtomobilinin ekipajı Abbasov Hikmətin və Namazov Bəhrəmin nümknəvi xidmətinə görə minnətdarlıq bildirirlər. Eyni məzmunlu məktub Bakı və Neftçala sakinlərindən də saytımızın ünvanına daxil olub. Həmin məktublarda bildirilir ki, Abbasov Hikmət və Namazov Bəhrəm qanunlar çərçivəsində çalışmaqla yanaşı eyni zamanda sürücülərə qarşı çox mədəni davranışları ilə fərqlənirlər. Köməyə ehtiyacı olan hər kəsə hər zaman kömək edən 99 YP 920 dövlət nişanlı DYP avtomobilinin ekipajı istər Saylan rayonunun, istərsə də Ələt-Astara yolunda bir çoxlarının rəğbətini qazanıb.

Saytımızın elektron poçtuna daxil olan məktublarda bildirilir ki, onlar bütün DYP müfəttişlərindən Abbasov Hikmət və Namazov Bəhrəm sürücülərə göstərdiyi mədəni xidmət səviyyəsində xidmət gözləyirlər və bu DYP əməkdaşlarının nümunəvi xidmətinə görə həm onlara, həm də DYP rəhbərliyinə minnətdarlıq edirlər.

Deyildiyi kimi xalqın gözü tərəfzidir. Əgər 99 YP 920 dövlət nişanlı DYP avtomobilinin ekipajı xalqın rəcbətini qazana bilibsə, bu ancaq alqışlanmalı və nümunə olaraq götərilməlidir. Azərbaycanda nümunəvi xidmət göstərən DYP işçiləri də varmış - Salyanda


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi