azia.az
azia.az

Sabahdan əlillik üzrə qəbul onlayn qaydada aparılacaq - RƏSMİ

31-01-2022, 19:31

Sabahdan əlillik üzrə qəbul onlayn qaydada aparılacaq - RƏSMİ
Fevralın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əlilliyin qiymətləndirilməsi məsələləri üzrə vətəndaşların əyani qəbulu yalnız onlayn qaydada və ya “Whatsapp” ilə qeydiyyat əsasında aparılacaq.

Azia.az nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, məqsəd COVİD-19 virusunun yayılmasının qarşısının alınması və əlilliyi olan şəxslərin bu infeksiyadan qorunması, habelə vətəndaşların Agentlikdə qəbul üçün daha rahat müraciət imkanlarına malik olmaları, qurumda əyani qəbul prosesinin operativ və sistemli təşkili, vətəndaş məmnunluğunun artırılmasıdır.

Bakıda çay evində qətl hadisəsi baş verib
Diaqnostik qiymətləndirilmədən keçmiş peşə təhsili müəssisələrinin müəllimlərinin maaşı artırılıb
Azərbaycanda son sutkada 1068 nəfər COVID-19-a yoluxub, 17 nəfər vəfat edib
Agentlikdə əyani şəkildə qəbul edilmək istəyən vətəndaşlar www.dtsera.az linkinə daxil olaraq və ya (+994) 99 819 19 23 “WhatsApp” nömrəsinə fərdi məlumatlarını göndərərək növbəyə yazıla bilərlər. Onlara göndəriləcək cavab mətnində qəbul ediləcəkləri vaxt bildiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi