azia.az
azia.az

Özəl sektorda çalışanlara ŞAD XƏBƏR

31-01-2022, 14:34

Özəl sektorda çalışanlara ŞAD XƏBƏR

Özəl müssisədə çalışanlar da atalıq məzuniyyətinə buraxılacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı məlumat verib.

"Qərarlar ölkə üzrə hər bir müəssisəyə və quruma aiddir. Burada dövlət və özəl sektor arasında fərq qoyulmayacaq", deyə o bildirib.

Belə ki, həyat yoldaşı doğuşa və hamiləliyə görə məzuniyyətdə olan şəxslər doğum ərəfəsində ananın doğuş üçün müraciət etdiyi xəstəxanadan arayış almalı olacaqlar. Həmin tibbi arayışı iş yerinə təqdim etməlidirlər. Sözügedən arayış əsasında iş yeri ata namizədlərinə 14 gün müddətinə ödənişli məzuniyyət verəcək.

Ödənişli atalıq məzuniyyətinin verilməsi qanunvericiliyə daxil edilir. Layihəyə əsasən, atanın məzuniyyət pulu standart qaydada ödəniləcək. Bundan əlavə, hər bir övlad üçün atalıq namizədi hüquqdan istifadə etmək mümkün olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi