azia.az
azia.az

20 Yanvar əlillərinə və şəhid ailələrinə birdəfəlik maddi yardım ödənilib

19-01-2022, 16:52

20 Yanvar əlillərinə və şəhid ailələrinə birdəfəlik maddi yardım ödənilib
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə və 20 Yanvar əlillərinə birdəfəlik maddi yardım edilib.

Nazirlikdən verilən məlumata görə, bu kateqoriyalara aid ümumilikdə 333 nəfərin hər birinin bank hesabına 200 manat məbləğində birdəfəlik maddi yardım köçürülüb.

Bakıda qeydiyyatda olanlar Beynəlxalq Bankın Bakı şəhərindəki istənilən filialına, digər şəhər və rayonlarda qeydiyyatda olanlar isə Beynəlxalq Bankın həmin ərazilər üzrə filiallarına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik maddi yardımı almaq üçün bank kartlarını götürə bilərlər.

Digər sosial ödənişlərdə artımlar edildiyi kimi, bu birdəfəlik maddi yardımın məbləği də ötən ilə nisbətən 2 dəfə artırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi