Bu qədər şəxsə evdə sosial məişət xidməti göstərilir
Hazırda Sosial Xidmətlər Agentliyində çalışan 746 sosial xidmətçi tərəfindən 5 175 vətəndaşa evdə sosial məişət xidməti göstərilir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Səyyar sosial xidmətlərin təşkili departamentinin müdir müavini Tamara Mikayılova deyib.
Onun sözlərinə görə, bu, bütün ölkəni əhatə edir: "Bu vətəndaşlardan 4525 nəfəri ahıl şəxslərdir, 864 nəfəri isə əlilliyi olan şəxslərdir”.