azia.az
azia.az

Təqaüdlə bağlı əhaliyə ŞAD XƏBƏR

27-11-2021, 00:08

Pensiyalarda xeyli artım olacaq. Ümumiyyətlə, yaşa görə pensiyalarda 41 manat artım olacaq. Əlilliyə görə pensiyada 30-38 manat, ailə başçısını itirməyə görə pensiyada 35 manata qədər artım olacaqdır. Bu fikirləri hafta.az-a Milli Məclisin Sosial Məsələlər Komitəsinin sədri, millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, bu son hədd deyil:
Təqaüdlə bağlı əhaliyə ŞAD XƏBƏR
“Ehtiyac olarsa gələn ilin ortasında yenə də əlavə artımlar ola bilər. İşləməyən qazilərin həyat təminatı ilə bağlı narahatlığa gəlincə, qeyd etməliyəm ki, qazilərimizin pensiyaları kifayət qədər yüksəkdir. Bununla yanaşı onlar Prezident Təqaüdü də alırlar. Eyni zamanda onların özləri, yaxud ailə üzvləri məşğulluq proqramına cəlb olunub və bu çərçivədə kiçik biznes işləri ilə məşğul ola bilərlər.

Bu il sığorta fondunun büdcəsi müzakirə olunur və o büdcədə də xeyli vəsait nəzərdə tutulub. Məhz sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlarımızın məşğulluğunun təmin olunması üçün bu proqrama cəlb oluna bilərlər. Digər tərəfdən, əmək qabiliyyəti yoxdursa, təbii ki, onlar yalnız pensiya və müavinət ala biləcək və yaşayış minimumundan az qazancı varsa, sosial yardım ala bilər. İnanmıram ki, Qarabağ qazilərinin, yaxud şəhid ailələrinin bu yaşayış minimumundan aşağı qazancları olsun. Onların pensiya və təqaüdləri o biri pensiyalardan kifayət qədər yüksəkdir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi