Azərbaycanda bu ölkə arasında viza rejimi ləğv edildi
Azərbaycan Hökuməti ilə Qətər Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş imzalanıb.
Azia.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə keçirilən mətbuat konfransında bildirib.
Sazişi Azərbaycan və Qətərin xarici işlər nazirləri imzalayıblar.