azia.az
azia.az

Ucar Rayon İcra Hakimiyyətində siyahı qalmaqalı

27-06-2016, 07:41

Ucar Rayon İcra Hakimiyyətində siyahı qalmaqalı Qalmışam mat-məhəttəl

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 iyun 2014-cü il tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlil və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.
Həmin Sərəncamda bildirilir:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin.
2. Yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Sərəncamın icrasını həyata keçirmək üçün şəhər və rayon İH-lərinə növbədə olan QMƏ-nin və şəhəhid ailələrinin siyahısını istəmişdir.
Bu məqsədlə Ucar Rayon İcra Hakimiyyətinə 12 aprel 2013-cü il tarixli 11/30-276 saylı məktub göndərilmişdir. Həmin məktuba Ucar RİHB-nın aparatı tərəfindən 19 iyul 2014-cü il tarixli 4/1 saylı məktubla cavab verilmiş, 01 iyul 2014-cü il tarixə kimi Ucar Rayon İcra Hakimiyyətində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlum Sərəancama uyğun olaraq fərdi yaşayış evi tikintisi üçün Nazirlikdə növbəyə dayanan Qarabağ müharibəsi əlillərindən 14 nəfərin siyahısını hazırlamışdır.
Hal-hazırda Ucar rayonunda 6 nəfər Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evi tikintilir. Bütün bunlar ölkə başçısının əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər planın tərkib hissəsidir. Və təqdirə layiqdir.
6 nəfər Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evi tikilir. Bu siyahıda adları olan vətəndaslarda 3 nəfər İcra Hakimiyyətinin təqdim etdiyi siyahı üzrə uyğun gəlir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin siyahısı üzrə sonrakı yerləri, 4; 5-ci sırada gələn şəxslər İH-nin təqdim etdiyi siyahı üzrə 17; 22-ci yerlərdə qərarlaşıblar.
Ucar Rayon İcra Hakimiyyətində siyahı qalmaqalı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmi internet səhifəsində xüsusi xəbərdarlıqla bildirir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri dövlət hesabına mənzillə (fərdi evlə) təmin olunmaq üçün yaşadıqları rayon (şəhər) İcra Hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. Bu kateqoriyadan olan şəxslərin mənzil növbəsinə götürülməsi, növbənin dəyişdirilməsi və ləğv olunması müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin səlahiyyətindədir.
Bu uyğunsuzluğa aydınlıq gətirmək məqsədilə həm Ucar RİH-nə, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu məktubu göndərmişdik. Ucar RİH çətinliklə də olsa məktubumuza cavab olaraq bildirdi ki, bu məsələdə biz heç bir məsuliyyət daşımırıq. Siyahını təqdim etmişik. Fərdi yaşayış evlərinin tikintisi üzrə siyahı Nazirlik tərəfindən hazırlanır.
Yuxarıda qeyd etdiyimiz kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bildirirki vətəndaşların mənzil növbəsinə götürülməsi, növbənin dəyişdirilməsi və ləğv olunması müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin səlahiyyətindədir. Bax buna görədə qalmışam mat-məhəttəl.
Bu mövzu ilə əlaqədar araşdırmamız davam edir. Qarşı tərəflərin də mövqelərini dərc edə bilərik.

“Xəbərfakt.Az”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi